RU

Bu işçilər ixtisara düşsə, 3 min manata yaxın müavinət alacaqlar

Qanunvericiliyə əsasən, müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər.

Publika.az xəbər verir ki, iqtisadçı-ekspert Allahverdi Aydın Trend-ə açıqlamasında bu hallarda əmək müqaviləsinə xitam verilən işçiyə müəyyən ödəmələrin həyata keçirilməli olduğunu xatırladıb.

Belə ki, işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

bir ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqı miqdarında;

bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında;

Избранный
108
publika.az

1Источники