Cari İran ilinin 10 ayı (21 mart 2025 -20 yanvar 2026) ərzində İranın Azərbaycandan məhsul idxalı ötən ilin analoji dövrü ilə (20 mart 2024 -19 yanvar 2025) müqayisədə dəyər baxımından 58%, çəki baxımından 53,7% azalıb.
“İki sahil” xəbər verir ki, bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.
Statistikaya əsasən, 10 ay ərzində İranın Azərbaycandan məhsul idxalı təxminən 11,4 milyon dollar dəyərində 5 min ton təşkil edib.
Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İran Azərbaycandan 27 milyon dollar dəyərində 10,9 min ton məhsul idxal edib.
Statistikada qeyd olunur ki, İran Azərbaycandan müxtəlif avadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və sairə məhsullar idxal edib.
10 ayda İran və Azərbaycan arasında ticarət dövriyyəsi 496 milyon dollar dəyərində 724 min ton təşkil edib. Məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 17,3%, çəki baxımından 1,9% azalıb.
Əlavə edək ki, Gömrük Administrasiyasının statistikasına əsasən, 10 ayda İranın məhsul idxalı 49,1 milyard dollar dəyərində 33,2 milyon ton təşkil edib. Məhsul idxalı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 15,6% azalıb, çəki baxımından 4,6% artıb.