RU

Pəhləvi Trampı İranla danışıqlara vaxt sərf etməməyə çağırıb

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sonuncu İran şahının böyük oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampın administrasiyasını İranla danışıqlara çox vaxt sərf etməməyə və dərhal hərbi müdaxiləyə keçməyə çağırıb.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Münxen Təhlükəsizlik Konfransının kuluarlarında bildirib.

"ABŞ-nin müdaxiləsi və Prezident Trampın İran xalqını dəstəkləmək vədini yerinə yetirməsinin vaxtı çatıb. Müdaxilə həyatları xilas etməyin yoludur", - Pəhləvi deyib.

Onun sözlərinə görə, ABŞ-nin hərbi müdaxiləsi sadəcə zaman məsələsidir.

Xatırladaq ki, Tramp administrasiyası İranla nüvə sazişi barədə danışıqlar aparır, eyni zamanda, regionda hərbi qüvvələrini artırır.

Ötən həftə, fevralın 6-da amerikalı və iranlı diplomatlar Omanda danışıqlar aparıblar və fevralın 17-də növbəti danışıqların aparılması gözlənilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
3
azpolitika.info

4Источники