RU

Tramp Yaxın Şərqə göndərilən gəminin fotosunu paylaşdı

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə olan “Truth Social” hesabında ABŞ-nin ən böyük aviadaşıyıcısı — USS Gerald R. Ford gəmisinin fotosunu paylaşıb.

NOCOMMENT.az xəbər verir ki,Paylaşım hər hansı əlavə mətn və ya açıqlama ilə müşayiət olunmayıb.

Axios portalının məlumatına görə, aviadaşıyıcının Yaxın Şərqə çatması üçün təxminən 3–4 həftə vaxt tələb olunur.

Bu müddət Trampın cümə axşamı səsləndirdiyi açıqlama ilə üst-üstə düşür. ABŞ prezidenti bildirib ki, o, gələn ay İranla mümkün razılaşmanı yekunlaşdırmaq istəyir və razılaşma əldə olunmasa, yanaşmasını dəyişə bilər.

Daha əvvəl The New York Times qəzeti yazmışdı ki, Karib dənizində yerləşdirilmiş “Gerald R. Ford” aviadaşıyıcısı və onu müşayiət edən hərbi gəmilər Yaxın Şərq istiqamətinə göndəriləcək.

Aliyə 

NOCOMMENT.az 

Избранный
27
nocomment.az

1Источники