Azərbaycan və Ermənistan arasında sülh qapı açıb
"Far.Az" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos bəyan edib.
O qeyd edib ki, Aİ qlobal marşrutu formalaşdırmaq üçün Ermənistan və Azərbaycanla iş aparır.
"Gündəliyimizdə duran məsələlərə gəlincə, onlar Aİ-nin Qara dəniz üzrə yeni strategiyasına uyğundur. Bu baxımdan elə layihələr həyata keçirilir ki, biz hesab edirik ki, onlar vasitəsilə müsbət geosiyasi dəyişikliklərə nail olmaq olar, beləliklə, işgüzar dairələrimiz, eləcə də vətəndaşlarımız və xalqlarımız bundan faydalana bilsinlər.
Biz keçmişdə dəfələrlə görmüşük ki, Qara dəniz və ya Xəzər dənizi regionuna bizi bir-birimizlə birləşdirən deyil, bir-birimizdən ayıran bir anlayış kimi baxmışıq. İndi isə biz bu zehniyyəti dəyişirik və əlbəttə ki, Ermənistanla Azərbaycan arasında sülh prosesi qapıları açır və əvvəllər reallaşması qeyri-mümkün görünən şeylərə indi bizdə inam yaranır", - Kos bildirib.