RU

“Zirə” “Karvan-Yevlax”a qalib gəldi

Futbol üzrə Misli Premyer Liqasında XX turun növbəti oyunu keçirilib.

"Unikal" xəbər verir ki, günün ikinci matçında “Zirə” öz meydanında autsayder “Karvan-Yevlax”ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib - 1:0.

Qeyd edək ki, açılış qarşılaşmasında "Qarabağ" səfərdə "İmişli"ni 1:0 hesabı ilə üstələyib. Turun digər oyunları fevralın 15-16-da keçiriləcək.

Избранный
86
6
unikal.az

10Источники