RU

Zelenski Rusiya ilə münaqişənin bu il bitəcəyinə ümid edir

BAKI, 14 fevral. TELEQRAF

Münxen Təhlükəsizlik Konfransında çıxış edən Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə münaqişənin 2026-cı ildə bitəcəyinə ümid etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın "Politika Strany" saytı məlumat yayıb.

Zelenski ABŞ dövlət katibi Marko Rubio ilə bu günkü görüşdən sonra Trampın kürəkəni Cared Kuşner və xüsusi elçi Stiven Uitkoff ilə sülh danışıqları aparacağını bildirib.

Zelenski həmçinin qeyd edib ki, Ukrayna ABŞ-dən 15 illik təhlükəsizlik zəmanəti təklifi alıb, lakin Kiyev bunun azı 30 illik olmasını istəyir.

İki gün əvvəl Ukrayna lideri bildirib ki , ABŞ Rusiyaya təzyiq göstərərsə, münaqişə iyun ayına qədər həll olunacaq.

Избранный
36
27
teleqraf.com

10Источники