“Yaşla əlaqədar olaraq təqaüdə çıxmışam”. Pravda.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri fövqəladə hallar nazirinin vəzifəsindən azad olunan müavini, general-leytenant Etibar Mirzəyev deyib.
O bildirib ki, 20 ildir sözügedən vəzifədə çalışıb:
“Buna görə cənab Prezidentə böyük minnətdarlığımı bildirirəm. Bundan sonra dövlət başçısının daxili və xarici siyasətini dəstəkləyir və ömrümün sonuna qədər onun əsgəriyəm”.
Tarix: 14 Fevral 2026, 21:02