RU

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

style='margin-bottom:10px;'>

Albaniya çempionatında 24-cü turun oyunları keçirilir.

QOL.az xəbər verir ki,  Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin şərəfini qoruduğu "Eqnatiya" növbəti matçına çıxıb. Səfərdə "Vora"nın qonağı olan Zamiqin komandası meydandan 1:1 hesablı bərabərliklə ayrılıb.

24 yaşlı mərkəz müdafiəçisi start heyətdə yer alıb. 90-cı dəqiqədə əvəzlənən futbolçumuz oyunun gərgin keçən 80-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.

Bu bərabərlikdən sonra xallarının sayını 43-ə çatdıran "Eqnatiya" turnir cədvəlində 2-ci pillədəki mövqeyini qoruyub saxlayır.

Избранный
69
3
teleqraf.com

4Источники