RU

Nazir işdən çıxardığı direktora yeni vəzifə verdi

Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub. 

"Bakuinfo" xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ədalət Qasım oğlu Hacıyev Gəncə teatrının direktoru təyin olunub. 

Ədalət Hacıyev son təyinatadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına rəhbərlik edib. Onu Əməkdar artist Oleq Əmirbəyov əvəzləyib. 

Xatırladaq ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır. 

Избранный
20
5
bakuinfo.net

10Источники