RU

İlham Əliyev Cared Kohen ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə ölkəmizlə şirkət arasında 2010-cu ildən bəri həyata keçirilən uğurlu tərəfdaşlığa toxunuldu, əlaqələrin mövcud vəziyyəti müzakirə olundu.

Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə ölkəmizlə "The Goldman Sachs Group Inc." arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə "The Goldman Sachs Group Inc." şirkətinin uğurlu tərəfdaşlığının əhəmiyyəti vurğulandı.

Избранный
37
50
publika.az

10Источники