İqor Tudor işsizliyə tezliklə son qoyacaq.
"Football-plus.az" xəbər verir ki, xorvatiyalı mütəxəssisin mövsümün sonunadək “Tottenhem”in müvəqqəti baş məşqçisi olacağı gözlənilir.
“The Athletic” qəzetinin məlumatına görə, London klubu 47 yaşlı məşqçi ilə şifahi razılıq əldə edib. Tudorun “Tottenhem”lə bağlayacağı müqavilədə uzunmüddətli olacağı gözlənilmir.
“Tottenhem” fevralın 11-də baş məşqçi Tomas Frankı istefaya göndərib. Komanda İngiltərə çempionatında 26 turdan sonra 29 xalla 16-cı yeri tutur.
Xatırladaq ki, Tudor bu mövsümün əvvəlində “Yuventus”u çalışdırıb və ötən il oktyabrın 27-də vəzifəsindən istefaya göndərilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта