RU

Premyer Liqa klubu aşağı liqa təmsilçisinə uduzdu

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Premyer Liqa klubu aşağı liqa təmsilçisinə uduzdu

İngiltərə Kubokunda növbəti gözlənilməz nəticə qeydə alınıb. Premyer Liqa təmsilçisi "Bernli" aşağı liqa klubu qarşısında aciz qalıb.

QOL.az xəbər verir ki, səfərdə "Mensfild"ə 1:2 hesabı ilə uduzan Vinsent Kompaninin yetirmələri turnirlə vidalaşıblar.

Qeyd edək ki, bu qələbə "Mensfild" üçün tarixi əhəmiyyət daşıyır. Klub 1969-cu ildən bəri ilk dəfə İngiltərə elitasının təmsilçisini kubokdan kənarlaşdırmağı bacarıb. 57 il əvvəl onlar "Vest Hem"i 3:0 hesabı ilə məğlub etmişdilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
2
qol.az

3Источники