RU

NİİM: “Koroğlu” metro stansiyasından Hava Limanı istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

Bakı, 15 fevral, AZƏRTAC

Hazırda Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığında) mövcud istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyanın digər hissəsinin söküntü işləri aparılır.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AZƏRTAC-a bildirilib ki, bu səbəbdən “Koroğlu” metro stansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava Limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Sürücülər alternativ yol olaraq Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə yönləndirilir.

Məhdudiyyətin tətbiq olunduğu müddətdə nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yol polisi tərəfindən zəruri tədbirlər görülür.

Избранный
22
10
azertag.az

10Источники