RU

44 il bir yerdə: Uzunömürlü evliliyin sirri nədir? VİDEO

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Baku TV əslən Yardımlı rayonunun Zevin kəndindən olan Bayram Şıxəliyev və Maral Bağışova cütlüyünün evindən reportaj hazırlayıb.

Reportajda onlar sevgi hekayələrindən bəhs ediblər. Bayram Şıxəliyev deyir ki, 44 ildir Maral xanımla evlidir.

44 il bir yerdə: Uzunömürlü evliliyin sirri nədir? - VİDEO

O, Maral nənəni dərs dediyi məktəbdə görüb.

"Mən əsgərlikdən gələndə Maral 10-cu sinifdə oxuyurdu. Onu sevdiyimi valideynlərimə dedim. Ailələrimiz bir-birlərini yaxşı tanıyırdı. Onlar da razılığa gəldilər, evləndik. Biz dindar ailə olduğumuz üçün toyumuz musiqisiz oldu", - deyə o əlavə edib.

Maral Bağışova isə Bayram baba ilə uzunömürlü evliliklərinin sirrini bölüşüb: "Bir-birimizi hər zaman başa düşmüşük. Aramızda heç vaxt inciklik olmayıb. Biri od olanda, digəri su olmalıdır. Səbirli olmağı bacarmaq lazımdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
oxu.az

1Источники