Göy üzündəki hərəkətlilik 17 fevral tarixini bəzi bürclər üçün dönüş nöqtəsinə çevirir. Enerji partlayışı, gözlənilməz qarşılaşmalar və keçmişdən gələn məsələlərin yenidən açılması bu günün əsas mövzusu olacaq.
Publika.az xəbər verir ki, taleyin çənbəri bu beş bürcün ətrafında daralır.
Qoç
Qoçlar üçün bu gün səbrin sınağa çəkildiyi bir gündür. Marsın təsiri ilə iş həyatında və ya yaxın ətrafınızda kəskin mübahisələr yarana bilər. Gizli qalan həqiqətlərin üzə çıxması sizi küncə sıxa bilər, lakin dürüstlük ən yaxşı çıxış yolunuzdur.
Şir
Şirlər üçün maliyyə və sevgi sahəsində "hesablaşma" vaxtıdır. Gözlədiyiniz bir xəbər və ya yatırımın nəticəsi bu gün bəlli olacaq. Əgər hisslərinizi gizlətməyə çalışırsınızsa, qarşı tərəfin atacağı addım qarşısında qaçacaq yeriniz qalmayacaq.