RU

Çavuşoğludan Ermənistanla bağlı AÇIQLAMA: “Azərbaycan jest edərək...”

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Ermənistan konstitusiyasında dəyişiklik edərək Türkiyənin və Azərbaycanın torpaqlarında gözü olmadığını göstərməlidir”.Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Münxendə açıqlaması zamanı deyib.Ermənistan ilə Azərbaycan arasında davamlı sülhün müsbət təsirlərinin olacağını qeyd edən M.Çavuşoğlu deyib:

 

“Kommunikasiya dəhlizlərinin açılması ilə Ermənistan da sülhdən ticarət, logistika, energetika və digər sahələrdə faydalanacaq. Artıq Azərbaycan ilə Ermənistan arasında bu proses başlayıb. Xüsusilə Azərbaycan jest edərək Ermənistana neft də daxil olmaqla enerji dəstəyi göstərməyə başlayıb. Əslində, bu addımlar bölgənin iqtisadi inkişafı, sabitliyi baxımından çox önəmlidir. Ancaq davamlı sülh imzalandıqdan sonra bunun Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstana olduğu kimi, Asiya və Avropaya da çox böyük faydası olacaq. Bu, həmçinin Körfəz ölkələri və daha böyük coğrafiyanın da inkişafına töhfə verəcək. Ona görə də sülh müqaviləsinin ən qısa müddətdə imzalanması çox önəmlidir”.

Türkiyənin Ermənistan ilə münasibətlərin normallaşdırılması prosesində Azərbaycan ilə Ermənistan arasındakı əlaqələrdəki irəliləyişlərə görə addımlar atdığını qeyd edən qardaş ölkə parlamentinin deputatı qeyd edib:“Azərbaycan ilə Ermənistan arasında atılan hər müsbət addım Türkiyənin Ermənistan ilə əlaqələrinə də təsir edəcək. Çünki bölgədə sülh, sabitlik və iqtisadi inkişaf üçün bütün məsələlər birlikdə həll edilməlidir”.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
1
bizim.media

10Источники