RU

Zərdabda acınacaqlı vəziyyət: Yol yoxdur, məktəb dağılır

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Zərdab rayonunun Məmmədqasımlı kəndində yaşayan sakinlər kəndin əsas problemlərindən şikayətcildirlər. Onların sözlərinə görə, həm kənd yolları, həm də məktəb və uşaq bağçasının binaları son dərəcə yararsız vəziyyətdədir.

Milli.Az xəbər verir ki, sakinlər bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, məsələlərlə bağlı heç bir tədbir görülməyib. Onların iddiasına görə, yolların bərbad vəziyyətdə olması səbəbindən təcili tibbi yardım belə kəndə çətinliklə daxil olur. Xüsusilə yağışlı və qarlı havalarda vəziyyət daha da ağırlaşır.

Kənddə fəaliyyət göstərən məktəb və uşaq bağçasının binalarının da təhlükəli durumda olduğu qeyd edilir. Sakinlərin sözlərinə görə, tikililərin beton hissələri istənilən an uşaq və müəllimlərin üzərinə uça bilər.

Bundan əlavə, məktəbdə istilik sisteminin olmadığı, binanın isə demək olar ki, dağılmaq üzrə olduğu bildirilir. Şikayətçilər vurğulayırlar ki, mövcud şərait uşaqların sağlamlığı üçün ciddi təhlükə yaradır və burada müxtəlif xəstəliklərin yayılması riski yüksəkdir.

Asya

Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
1
news.milli.az

10Источники