RU

23 minə yaxın namizəd magistraturaya imtahan verəcək

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının I cəhdi keçiriləcək.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı Dövlət İmtahan Mərkəzi yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək üçün 22 min 780 bakalavr ərizə təqdim edib. Onlardan 20 min 790 nəfər Azərbaycan bölməsi, 1990 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 15 min 391-i cari ilin, 7389-u əvvəlki illərin məzunlarıdır. İştirakçılar arasında 47 nəfər xarici ölkə vətəndaşı da var.

İmtahan Bakıda 64, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 4, Lənkəranda isə 2 binada təşkil olunacaq. Paytaxtda 16 499 bakalavrın imtahan verəcəyi gözlənilir. Digər şəhərlər üzrə göstəricilər belədir: Naxçıvan – 542, Gəncə – 1533, Sumqayıt – 1712, Abşeron – 1235, Mingəçevir – 828, Lənkəran – 431 nəfər.

İmtahanın idarə olunmasına 88 ümumi rəhbər, 248 imtahan rəhbəri, 2069 nəzarətçi və 297 buraxılış rejimi əməkdaşı cəlb ediləcək.

İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar binaya buraxılmayacaq. İmtahanın müddəti 3 saat 30 dəqiqədir. Üç saatdan sonra test tapşırıqları üzrə cavab kartları yığılır və iştirakçılara xarici dil fənni üzrə esse yazmaq üçün 30 dəqiqə vaxt verilir.

Təhlükəsizliyin təmin olunması məqsədilə imtahan mərkəzləri fevralın 14-də möhürlənərək Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

DOĞRU.AZ

Избранный
25
33
dogru.az

10Источники