Bakı. Trend:
Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilkpartiyaları baş tutub.
Trend-inməlumatına görə, bu raundda rəmzi ilk gedişi Azərbaycan ŞahmatFederasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasınınvitse-prezidenti Mahir Məmmədov edib.
Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov qara fiqurlarlaƏhməd Əhmədzadəni məğlub edib.
Rauf Məmmədov – Read Səmədov, Məhəmməd Muradlı – Eltac Səfərli,Aydın Süleymanlı – Nicat Abasov görüşlərində isə heç-heçə qeydəalınıb.
Qadınların yarışında Ülviyyə Fətəliyeva qara fiqurlarla Səbinəİbrahimovanı, Ayan Allahverdiyeva isə Günay Məmmədzadəni məğlubedib. Ağ fiqurlarla mübarizə aparan Türkan Məmmədyarova NərminAbdinovaya qalib gəlib. Xanım Balacayeva – Gülnar Məmmədovaqarşılaşması isə heç-heçə ilə başa çatıb.
Bu gün 1/4 final mərhələsinin ikinci partiyalarıoynanılacaq.
Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq. Yarışınümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 minmanat kişilərin, 30 min manat isə qadınların çempionatınaaiddir.