RU

Motosikletlərlə kəndə girib: İnsanları qırdılar

Şənbə günü səhər tezdən Nigeriyanın şimal-qərbindəki Niger əyalətində üç kəndə edilən basqınlar zamanı motosikletli silahlı şəxslər ən azı 30 nəfəri öldürüb, evləri və mağazaları yandırıblar.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə zorakılıqdan qaçan sakinlər “Reuters” agentliyinə bildiriblər.

Benin Respublikası ilə sərhəd yaxınlığındakı Borgu Yerli Hökumət Bölgəsindəki kəndlərə belə ölümcül hücumlar tez-tez olur.

Nigeriyada təhlükəsizlik problemi aktualdır və hökumət sabitliyi bərpa edə bilmir.

Niger polisinin sözçüsü Vasiu Abiodun kəndlərdən birində baş verən hücumu təsdiqləyib.

"Şübhəli quldurlar Tunga-Makeri kəndinə basqın ediblər. Altı nəfər öldürülüb, bir neçə ev də yandırılıb və hələlik naməlum sayda insan qaçırılıb", - deyə Abiodun bildirib. O,əlavə edib ki, hücum edənlər Konkoso kəndinə keçiblər, digər hücumların təfərrüatları isə hələ də məlum deyil.

Şahidlərdən biri bildirib ki, hücum 200-dən çox motosikletçi tərəfindən həyata keçirilib.

Bir çox kənd sakini yaraqlılar yaxınlıqda qaldığı üçün geri qayıtmaqdan qorxur.

Xəzər

“Cebheinfo.az”

Избранный
4
1
cebheinfo.az

2Источники