Ajans.azxəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov məlumat yayıb. Rəsmi məlumatda bildirilir ki, hücum zamanı "Şahed" tipli zərbə pilotsuz uçuş aparatından (PUA) istifadə olunub: "Dron zərbəsi nəticəsində fərdi yaşayış evində yanğın baş verib. Hadisə zamanı 3 nəfər – 75 yaşlı kişi, 73 və 55 yaşlı qadınlar xəsarət alıb. Onlara lazımi tibbi yardım göstərilir". İ.Fyodorov gecə hücumu nəticəsində ən azı 4 evin zədələndiyini bildirib və dağıntıların görüntülərini paylaşıb. Onun sözlərinə görə, son sutka ərzində Zaporojye, eləcə də Polovı rayonlarına edilən hücumlar nəticəsində ümumilikdə 1 nəfər həlak olub, 7 nəfər isə yaralanıb . Xatırladaq ki, Rusiya ordusu son günlərdə Ukraynanın digər şəhərlərini də intensiv atəşə tutur. Fevralın 3-də Kramatorsk şəhərinə endirilən zərbə nəticəsində bir ailənin 4 üzvü – üç qardaş (onlardan ikisi 19 yaşlı, biri 8 yaşlı) və 1962-ci il təvəllüdlü kişi həlak olub. Bundan əlavə, fevralın 12-də Odessa şəhərinə PUA hücumu həyata keçirilib. Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, hücum nəticəsində yaşayış, sənaye, enerji və liman infrastrukturu zədələnib, 4 nəfər xəsarət alıb.