RU

Şəhriyar Məmmədyarov: Dəhşət hisslər idi

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Nyukasl"la oyunda "Qarabağ"dan hər şey gözləmək olar". Sport24.az xəbər verir ki, bu barədə Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.

Tanınmış qrossmeyster UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Nyukasl" (İngiltərə) oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Desəm ki, şans yoxdu yalan olar. "Nyukasl" böyük favoritdir. Zəngin təcrübəli komandadır. Bu il qeyri-stabil çıxış edirlər. Amma hər zaman mübarizə göstərirlər. Çətin olacağı hamıya məlumdur. Lakin "Qarabağ" adi komanda deyil. "Benfika"ya 0-2 uduzurdu, sonda 3-2 qalib gəldi. "Ayntraxt"a 1-2 məğlub olurdu, sonda hesabı 3-2 etdi. "Çelsi" kimi komandayla heç-heçə oynadı. Yəni "Qarabağ"dan hər şey gözləmək olar. Yarış vaxtı olsa belə, stadiona getməyə çalışacağam".

Məmmədyarov ötən ay atası ilə birlikdə stadionda "Qarabağ"ın "Ayntraxt"la oyununa baxdığını söyləyib:

"Çox əla oyun keçdi. Atam dəhşətli dərəcədə "Qarabağ"a inanırdı. İlk dəqiqədən deyirdi yaxşı olacaq. Mən fərqli baxırdım. Almanlar həm büdcə, həm təcrübə baxımından üstün tərəf kimi görünürdü. "Qarabağ" inanılmaz mübarizə göstərdi və qələbəni daha çox istəyirdi. Hava çox soyuq idi. Buna baxmayaraq son dəqiqəyə qədər stadionda qaldıq. Çox xoşbəxtəm ki, "Qarabağ"-"Ayntraxt" matçını stadionda izləmişəm. Dəhşət hisslər idi".

Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
6
sport24.az

8Источники