RU

Lyublyanada həlledici gün tatamiyə çıxacaq cüdoçularımız bəlli oldu

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçirilən Avropa Açıq Turniri yekunlaşacaq.

İdman.Biz xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan yarışın sonuncu günündə Azərbaycanın dörd cüdoçusu tatamiyə çıxacaq.

48 kq çəkidə Şəfəq Həmidova almaniyalı Helena Qrau, 52 kq-da Könül Əliyeva isə fransalı Jüli Veil Dit More ilə üz-üzə gələcək. Bu çəkidə digər təmsilçimiz Leyla Əliyeva qazaxıstanlı Meruyert Sarsenova ilə münasibətlərinə aydınlıq gətirəcək.

57 kq çəki dərəcəsində Fidan Əlizadə də mübarizəyə qoşulacaq.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
92
1
icma.az

2Источники