RU

Məşhur şair vəfat ETDİ

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şair Musa Ələkbərli vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə yenisabah.az-a onun yaxınları məlumat verib.

Qeyd edəki ki, Musa Ələkbərli 1950-ci ildə aprelin 25-də Gədəbəy rayonu, Ataxal kəndində anadan olub.

Orta məktəbi Böyük Qaramurad kəndində bitirib. ADU-nun Filologiya fakültəsini bitirib. "Gənclik" nəşriyyatında "Yeniyetmələr üçün ədəbiyyat" redaksiyasının redaktoru vəzifəsində işləyib.

Ədəbi fəaliyyətə orta məktəbdə oxuyarkən başlayıb. "Pərvanə" ədəbi dərnəyinin rəhbəri olub. Bir neçə tərcümələr edib. "Məndən şer istə", "Ürəyimin işığında", "Bəlkə bir də görüşdük", "Gözlərim yol çəkir", "Aydanım ay işığı", "Gözümdə ağlayan bulud" və s. kitabların müəllifidir. Bir çox kitabların redaktoru olub, ön söz yazıb. "Şur" nəşriyyatının direktoru vəzifəsində çalışıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
20
redaktor.az

10Источники