RU

Sabahdan DİM-də imtahan materiallarının emalına başlanılacaq

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 15-də ali təhsilmüəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd)keçirib.

DİM-dən Trend-əbildirilib ki, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə,Mingəçevir və Lənkəranda, ümumilikdə 88 binada təşkil olunub. Saat11:00-da başlanan imtahan 3 saat 30 dəqiqə davam edib.

İmtahan vermək üçün 22780 bakalavr ərizə təqdim edib. İlkinməlumata əsasən, 1 nəfərdə mobil telefon aşkar olunub. Müvafiq halprotokollaşdırılaraq həmin şəxs imtahandan xaric olunub. Hazırdaqeyd olunan qayda pozuntusu ilə bağlı araşdırma aparılır. DİM birdaha imtahan iştirakçılarını bu cür hərəkətlərdən çəkinməyə çağırırvə bu hərəkətlərə yol vermiş şəxslər, onları bu işə təhrikedənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyinidiqqətə çatdırır.

Fevralın 16-dan etibarən DİM-də imtahan materiallarının emalınabaşlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tiplitapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isəxarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6həftə ərzində təqdim olunacaq.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sualkitabçalarını özləri ilə aparmağa icazə verilib.

Избранный
40
16
az.trend.az

10Источники