RU

Duatlon yarışının gözlənilməz qonağı VİDEO

ain.az, Idman.biz saytına istinadən bildirir.

Türkiyə Triatlon Federasiyasının təşkilatçılığı ilə İzmirdə keçirilən Duatlon yarışı zamanı qaçış yoluna yoluna daxil olan quzu iştirakçılarla birlikdə qaçaraq rəngarəng görüntülərə səbəb olub.

İdman.Biz xəbər verir ki, “qaçaq idmançı” kimi təqdim olunan heyvan həm atletlərin, həm də tamaşaçıların marağına səbəb olub.

Hadisə ilə bağlı danışan İzmirin triatlon nümayəndəsi Adnan Yahşi bildirib ki, ilk dəfədir başlarına belə hadisə gəlir:

“Daha əvvəl qaçışlara itlər, inəklər qoşulmuşdu. İlk dəfə bu sevimli quzu aramıza qatıldı. Özü də çox qorxmuşdu, amma çox şirindir”.

Qısa müddət qaçış yolunda qalan quzu daha sonra təşkilatçıların nəzarəti ilə ərazidən uzaqlaşdırılıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
63
1
icma.az

2Источники