RU

Bəzi hotellərdə uyğunsuzluqlar aşkarlanıbVİDEO

Ölkədə 18 hotelin ulduz kateqoriyası ləğv olunub.

Dövlət Turizm Agentliyinin məlumatımna görə, ötən ilin əvvəlindən indiyə qədər mehmanxanalarla bağlı 96 inspeksiya auditi keçirilib. Yoxlamalar zamanı xırda uyğunsuzluqlar aşkarlanan hotellərə nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Müxtəlif səbəblərə görə, 18 hotelin ulduz kateqoriyasına sahib olduğu haqda sertifikatı ləğv olunub. Daha aşağı ulduz dərəcəsinə uyğun hesab edilən hotel isə qeydə alınmayıb.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan turizm eksperti Fariz Bəşirov deyib ki, hotellərin ulduz kateqoriyasının ləğv edilməsi keyfiyyətə nəzarətin nəticəsidir.

Ekspert bildirib ki, hazırda hotel sahəsində Bakı və regionlar arasında disbalans var. Onun sözlərinə görə, ulduzlu hotellərin 73%-dən çoxu paytaxtın payına düşür. Bu, bir tərəfdən Bakının biznes turizmi potensialını göstərsə də, digər tərəfdən regionlarda sertifikatlaşma prosesinin hələ də sürətlənməsinə ehtiyac olduğunu sübut edir. 

Qeyd edək ki, ölkədə ulduz kateqoriyalı 283 hotel var. Həmin hotellərdən 23-ü beşulduzlu, 43-ü dördulduzlu, 101-i üçulduzlu, 84-ü ikiulduzlu, 32-si isə birulduzludur. Yüksək kateqoriyalı hotellərin əhəmiyyətli hissəsi Bakıda yerləşir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
103
xezerxeber.az

1Источники