RU

Belqradda Azərbaycanla Serbiya arasında bir sıra sahələrdə əməkdaşlıq müzakirə olunub

Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında iki ölkə arasında energetika, investisiyalar, bərpaolunan enerji, turizm, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

"Report"un Balkan bürosu xəbər verir ki, dövlət başçıları bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, konkret layihələrin təqdim olunması ilə əlaqədar tapşırıqlar verdilər.

Bakı-Belqrad aviareyslərinin bu ilin mayından başlayacağı məmnunluqla qeyd olundu, bunun ölkələrimiz arasında humanitar təmasların və turizmin inkişafına töhfə verəcəyinə ümidvarlıq bildirildi.

Sonra prezidentlər İlham Əliyev və Aleksandar Vuçiç Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının Qərarını imzaladılar.

Избранный
35
far.az

1Источники