RU

"Bu gün məğlub olmamalıydıq" - Saşa İliç

Misli Premyer Liqasında 20-ci turunoyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

Günün son matçı “Araz-Naxçıvan”la “Sumqayıt” arasında keçirilib. Meydan sahiblərinə 1 qol bəs edib.

Qonaqların baş məşqçisi Saşa İliç mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Hesab edirəm ki bu gün məğlub olmamalıydıq. Lakin penaltidən buraxdığımız bir qol oyunun nəticəsini müəyyənləşdirdi. Futbolda belə şeylər olur. Bərabər səviyyəli oyun göstərsək də, sonda bəxtsizliklə üzləşdik. Qarşıda bizi asan oyunların gözlədiyini də deməzdim. Düşünürəm ki, növbəti turlarda da ciddi rəqiblərlə qarşılaşacağıq”.

Избранный
47
2
fanat.az

4Источники