RU

ABŞ NATO-dan çıxmağı planlaşdırmır - Rubio

Bakı. Trend:

ABŞ NATO-dan çıxmağı planlaşdırmır və minlərlə amerikalı hərbçialyans çərçivəsində müxtəlif missiyalarda iştirak edir.

Trend xəbər verir ki, ABŞdövlət katibi və Prezidentin milli təhlükəsizlik üzrə müşaviriMarko Rubio bu fikirləri Bratislavada Robert Fico ilə keçirdiyigörüşdən sonra təşkil olunan birgə mətbuat konfransındasəsləndirib.

O vurğulayıb ki, Vaşinqton alyansdan geri çəkilmir: “Biz NATO-nutərk etmirik. Müxtəlif ölkələrə bir neçə min hərbçi göndərilə bilərvə bu, əvvəllər də baş verib”. Rubio bu sözləri Avropadayerləşdirilmiş ABŞ Silahlı Qüvvələrinin sayının azaldılması iləbağlı yayılan məlumatlar fonunda Birləşmiş Ştatların NATO-dakımövqeyi barədə suala cavab verərkən deyib.

Dövlət katibi əlavə edib ki, ABŞ Avropa ölkələrinin alyansdaxilində rolunun güclənməsini müsbət hal kimi qiymətləndirir vəAvropanı asılı tərəf kimi deyil, bərabərhüquqlu tərəfdaş qismindəgörmək niyyətindədir. “Biz Avropanın ABŞ-nin vassalı olmasınıistəmirik. Məqsədimiz tərəfdaşlıq etmək və Avropa ilə birgəfəaliyyət göstərməkdir”, – deyə Rubio bildirib.

Избранный
113
9
az.trend.az

10Источники