Bakı. Trend:
Ueyn Runi bildirib ki, o, “Mançester Yunayted” və “Everton”daköməkçi məşqçi kimi işləməyə hazırdır.
Trend xəbər verir ki, "NoTippy Tappy Football" podkastında sabiq “Mançester Yunayted”hücumçusuna baş məşqçi kimi geri qayıtmaq imkanları barədə sualverilib:
“Əgər uyğun fürsət olsa, qayıdardım. Heç yerə tələsmirəm”, –deyə ingilis futbolçu cavab verib.
Sonra 40 yaşlı Runiyə köməkçi kimi işləməyə hazır olub-olmamasısoruşulub:
“Tamamilə, bəli. Bir neçə həftə əvvəl mənə soruşdular ki,“Mançester Yunayted”ə başqa rolda qayıdardımmı. Əlbəttə ki,qayıdardım.
Yalnız 2 kluba məşqçi olmadan da qayıdardım, bunlar “Everton” və“Mançester Yunayted”dir, çünki bu iki klub mənim ürəyimə çoxyaxındır”. deyə – Runi bildirib.
Qeyd edək ki, öz məşqçi karyerası ərzində Runi “Derbi Kaunti”,“DC Yunayted”, “Birmingem” və “Plimut” komandalarına rəhbərlikedib.