RU

Antarktidada vəhşi quşların kütləvi tələfatına səbəb olan virus yayıldı

Bakı. Trend:

Beynəlxalq elmi mərkəzlərin bioloqları təsdiqləyiblər ki,Antarktidada vəhşi quşların kütləvi tələfatına səbəb yüksəkpatogenli H5N1 quş qripi virusudur. 2023 və 2024-cü illərin yaymövsümlərində 50-dən çox cənub qütb sahilqağayısı bu təhlükəlivirus səbəbindən tələf olub.

Trend xəbər verir ki,tədqiqatın nəticələri "Scientific Reports" (SciRep) jurnalında dərcedilib.

2024-cü ilin əvvəlində bir qağayı və iki sahilqağayısınınölümündən sonra "S/V Australis" gəmisi ilə ekspedisiya təşkilolunub. Ekspedisiya Cənub Şetland adalarında, Ueddell dənizisahillərində və Antarktida yarımadasında yerləşən on ərazini tədqiqedib. Mütəxəssislər laborator analiz üçün xəstə və ölü quşlardantoxuma nümunələri götürüblər. Bu, kütləvi ölüm hallarını birbaşainfeksiya ilə əlaqələndirməyə imkan verib.

H5N1 virusu ilk dəfə 1996-cı ildə Cənub-Şərqi Çində qazfermasında aşkar edilib və sonradan Asiya, Avropa və digərqitələrdə həm vəhşi, həm də ev quşları arasında yayılıb.

Избранный
55
az.trend.az

1Источники