RU

Dubayda insan iştirakı olmadan bina tikiləcək

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dubay “gələcəyin şəhəri” üçün sınaq meydanına çevrilmək ambisiyasını bir daha nümayiş etdirir. Əmirlikdə insan iştirakı olmadan inşa ediləcək bina layihəsi təqdim olunub. Tikintinin bütün mərhələlərinin – konstruksiyaların istehsalından yekun montaja qədər – robotlar və avtomatlaşdırılmış sistemlər vasitəsilə həyata keçirilməsi planlaşdırılır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Interesting Engineering" portalı məlumat yayıb.

Nəşrdə qeyd olunur ki, təşəbbüs tikinti sahəsində innovasiyaların artıq laboratoriya çərçivəsindən çıxdığını və real şəraitdə – tam miqyasda, proqnozlaşdırıla bilən nəticə ilə tətbiqə hazır olduğunu göstərməyi hədəfləyir.

"Interesting Engineering"in məlumatına görə, layihədə 25-dən çox texnologiya şirkəti və elmi müəssisə iştirak edir. Koordinasiya Dubay hakimiyyəti tərəfindən, o cümlədən "Zacua Ventures" və "Würth Group" kimi investisiya qurumlarının dəstəyi ilə həyata keçirilir.

Layihənin təqdimatı "Expo City Dubai" ərazisində yerləşən yeni tədqiqat mərkəzi "O4 ConTech Valley"in açılışı çərçivəsində baş tutub. Əsas məqsəd ənənəvi tikinti meydançalarından asılılığı azaltmaq, prosesi daha idarəolunan, sürətli və standartlaşdırılmış hala gətirməkdir.

Marvan Əhməd bin Qalita bildirib ki, tikinti sektoruna qabaqcıl texnologiyaların tətbiqi əmirliyin daha dayanıqlı və səmərəli iqtisadiyyat qurmaq strategiyasının əsas elementlərindən biridir.

Bununla yanaşı, devloper "Sobha Realty" ilə birgə “70-70” proqramı təqdim olunub. Plana əsasən, 2030-cu ilə qədər tikinti əməliyyatlarının 70 faizi tikinti meydançasından kənarda – avtomatlaşdırılmış istehsal xətlərində həyata keçirilməli, robotlaşdırma səviyyəsi də 70 faizə çatdırılmalıdır.

Təşəbbüsün məqsədi yalnız obyektlərin tikintisini sürətləndirmək deyil, eyni zamanda digər ölkələrə ixrac edilə biləcək miqyaslana bilən model yaratmaqdır.

Mütəxəssislərin proqnozlarına görə, 2033-cü ilə qədər tikinti texnologiyalarına yatırımlar 30 milyard dolları ötəcək, illik orta artım tempi isə təxminən 18 faiz təşkil edəcək. Qeyd olunur ki, Dubay bu prosesdə sadəcə iştirak etməyi deyil, həm də onun standartlarını formalaşdırmağı hədəfləyir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
103
icma.az

1Источники