RU

Bakıda arvadını döyərək qulaq pərdəsini cıran şəxs amnistiyaya düşdü

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Azad İmanovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Sabunçu Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 2, 2.8, 5.2.2 və 5.3-cü bəndləri tətbiq olunub. O, həmin hökmlə ona təyin edilmiş aylıq qazancından 15% dövlət nəfinə pul tutulmaqla 1 il müddətə islah işləri cəzasından azad edilib.

 

İttihama görə, Azad İmanov 03 oktyabr 2025-ci il tarixdə saat 08 radələrində rəsmi nikahda olduğu zərərçəkmiş Pərgül İmanova (adı, soyadı şərtidir) ilə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evində olarkən aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, zərərçəkmişə qəsdən sağ üz nahiyəsindən bir dəfə sillə vurub, daha sonra onu itələyərək yerə yıxıb. Hadisə nəticəsində Pərgül İmanova ya sağ qulaqda təbil pərdəsinin travmatik cırılması, sağ qulaq seyvanında qançır, sol said və sağ diz oynağı nahiyələrində sıyrıqlar kimi xəsarətlər yetirilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.

 

Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsə qarşı ı Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə ittiham irəli sürülüb.

 

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Azad İmanov aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdi.

 

Kamal Məmmədov

Tarix: 16 Fevral 2026, 09:16   
Избранный
28
pravda.az

1Источники