RU

“Çempion ola bilərik” - “Baku Sportinq” rəsmisi

Birinci liqada mövsüm başlamamış çempionluq mübarizəsinin iki komanda - “Şəfa” ilə “Səbail” arasında gedəcəyini düşünürdük. Amma bu yarışın içində gözlənilmədən bir komanda da var. Söhbət “Baku Sportinq”dən gedir.

Buzovna təmsilçisi hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Röyal Nəcəfovun rəhbərlik etdiyi komanda 3-cü pillədəki “Səbail”i 3 xal qabaqlayır, lider “Şəfa”dan isə bu qədər geri qalır.
Artıq mövsümün yarısı - 27 turdan 14-ü geridə qalıb.

İndi “Baku Sportinq”in də çempionluq hədəfi varmı? Gizli favorit özünü elitaya yüksəlməyə hazır sayırmı?

“Football-plus.az”ın bu sualını “Baku Sportinq”in meneceri və mətbuat katibi Araz Əhmədov cavabladı:

“İştah diş altındadı (gülür). Hadisələrin axarı onu göstərdi ki, yüksək yerlər uğrunda oynamaq olar. Qışda da önəmli transferlər etdik – İlkin Muradov, Elşən Tağıyev, legioner Con Anaadem... 1-ci dövrədə yaxşı nəticələr qazandıq və hiss elədik ki, iddialılardan ola bilərik. Biz hər oyuna 3 xal qazanmaq məqsədi ilə çıxırıq. Nəsə etmək olar. Komandanı premyer-liqaya hazır sayırammı? Təbii ki, yox. İndiki vəziyyətdə yox. Adımız iddialılar siyahısında olandan işlər görməyə başlamışıq. Görürük ki, pley-off oynaya bilərik, hətta çempion da ola bilərik. İnfrastruktur qurmaq və premyer-liqa səviyyəsində komanda yaratmaq bizim üçün ən önəmli hədəflərdi. Bunun üçün əlimizdən gələni edəcəyik. Elitaya vəsiqə qazansaq, ev oyunlarımızı başqa yerlərdə keçirməyəcəyik. Stadion təminatı, inkişaf strategiyası və heyətin güclənməsi üçün çalışacağıq. Hədəfimiz var. Bu hədəf çempionatın gedişində bəlli oldu və bu hədəfi sonadək izləyəcəyik”.

MÜZƏFFƏR QULUZADƏ
Избранный
110
1
football-plus.az

2Источники