RU

Ronaldo şərtlərini kluba qəbul etdirdi

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nəhayət, Kriştiano Ronaldo boykotu dayandırıb. Ulduz futbolçu ilə “Əl-Nəssr” rəhbərliyi arasındakı gərginlik səngiyib."Football-plus.az" xəbər verir ki, klubun idarəçiliyinə etiraz əlaməti kimi son iki oyunu boykot edən portuqaliyalı hücumçu komandaya qayıtmaq qərarına gəlib. Rəhbərlik 41 yaşlı Kriştianonun geri dönməsi üçün onun iki əsas tələbini yerinə yetirib:1. Klub işçilərinin gecikdirilmiş maaşları tam ödənilib.2. Qış “transfer pəncərəsi” dövründə işdən kənarlaşdırılan və Ronaldonun yaxın adamları sayılan idman funksionerləri - Joze Semedu ilə Simao Koutinyonun səlahiyyətləri bərpa olunub.Fantastik karyerası ərzində 961 qol vuran Ronaldonun həftəsonu keçiriləcək “Əl-Fateh”lə oyunda meydana çıxması gözlənilir. \Qeyd edək ki, “Əl-Nəssr” hazırda Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində lider “Əl-Hilal”dan 1 xal geri qalmaqla 2-ci yeri tutur.Yeri gəlmişkən, “Əl-Nəssr” Asiya turnirində növbəti oyununu keçirib. Türkmənistanın “Arkadağ” komandası ilə qarşılaşan ər-riyadlılar Ronaldonun iştirak etmədiyi səfər matçında minimal hesabla qalib gəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
58
1
icma.az

2Источники