RU

Kriptobirjada eniş davam edir Bitcoin 3% ə yaxın ucuzlaşıb

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Kriptovalyuta bazarında son 24 saat ərzində eniş tendensiyası müşahidə olunub, əsas rəqəmsal aktivlərdə satış təzyiqi güclənib.

"APA-Economics" CoinMarketCap platformasına istinadən xəbər verir ki, Bitcoin 2,56% ucuzlaşaraq 68 467 dollar səviyyəsinə düşüb. Ethereum isə daha kəskin- 6% enib və 1 959 dollar olub.

Bazarın digər aparıcı aktivlərində də azalma qeydə alınıb. XRP 6,08% enərək 1,45 dollara, BNB 3,54% azalaraq 613 dollara düşüb. Solana 4,46% geriləyərək 85 dollar səviyyəsində qərarlaşıb. Ən böyük itki "Dogecoin"lə bağlı olub. Kripto aktiv 12,28% ucuzlaşaraq 0,10 dollar olub.

Stablecoinlər olan Tether və USDC isə dəyişməyərək 1 dollar ətrafında sabit qalıb.

Analitiklər bazardakı bu enişi ABŞ-da faiz dərəcələri ilə bağlı gözləntilərin sərtləşməsi fonunda investorların riskli aktivlərdən çəkilməsi, eləcə də son günlər əldə olunan qazancdan sonra mənfəət realizasiyasının (profit-taking) satışları artırması ilə izah edirlər. Eyni zamanda, qlobal maliyyə bazarlarındakı qeyri-müəyyənlik və tənzimləyici risklər də kriptovalyuta bazarında ehtiyatlı mövqelərin güclənməsinə səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
62
5
apa.az

9Источники