Zəngəzur dəhlizi Qərb və Şərqlə yanaşı, bütövlükdə region dövlətlərinin iqtisadi inkişafına dəstək olacaq.
Ölkə.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilən“Açıq dəhliz siyasəti: Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrində və eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin “France 24” telekanalına müsahibəsində Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP), o cümlədən Zəngəzur dəhlizi ilə bağlı firkilərini şərh edərkən deyib.
Zəngəzur dəhlizinin Azərbaycana və regiona təsirlərinə gəlldikdə deputat deyib ki, dəhlizin açılması nəinki Azərbaycana və Cənubi Qafqaz ölkələrinə, eyni zamanda Orta Dəhliz üzərinə yerləşən bütün ölkələrə, Çin, Mərkəzi Asiya, Avropa, Yaxın Şərq ölkələrinə fayda verəcək. “Bütün bu ölkələr Şərqdən Qərbə və əksinə bu dəhliz vasitəsi ilə yükdaşımaları həyata keçirə biləcəklər.
İlkin qiymətləndirmələrə görə, Zəngəzur dəhlizinin istifadəsi Azərbaycanın qeyri-neft iqtisadiyyatının əlavə olaraq 2 faiz və qeyri-enerji ixracatının isə illik 700 milyon dollar artmasına səbəb ola bilər. Dünya Bankının hesablamalarına görə, orta dövrdə dəhliz 50 milyard dollarlıq ticarət dövriyyəsinə şərait yarada bilər. “Bloomberg” agentliyi dəhlizdən istifadənin Avropa-Asiya marşurutu üzrə yüklərin daşınmasında 12-15 günə qənaət edilməsinə gətirib çıxaracağı qənaətindədir. Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir. Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3.0 milyard dollar tranzit gəliri əldə edəcək”, - o qeyd edib.
Deputat əlavə edib ki, göründüyü kimi, Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəinki regionda, bütövlükdə qitədə yükdaşımalar xəritəsinin dəyişməsinə səbəb olacaq.
Mürtəza