ain.az, Reyting.az saytına istinadən bildirir.
"Zirə" klubu baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi dövründə 100-cü qələbəsini əldə edib.
Reyting.az xəbər verir ki, bunu klubun mətbuat xidmətindən bildiriblər. Bu tarixi nailiyyət Misli Premyer Liqasının XX turunda keçirilən "Karvan-Yevlax"la qarşılaşmaya təsadüf edib.
Qeyd olunur ki, doğma meydanda baş tutan görüşdə 1:0 hesabı ilə qalib gələn "qartallar" mütəxəssisin rəhbərliyi altında çıxdığı 220-ci sınaqda yubiley qələbəsinə sevinib.
Bu qələbələrdən 82-si Premyer Liqa, 14-ü Azərbaycan Kuboku, 4-ü isə avrokubok oyunlarında qeydə alınıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.