RU

Astarada 64 kiloqram narkotik vasitə aşkarlandı

Bakı. Trend:

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotikvasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşıəməliyyatlar keçirilib.

Trend bu barədəDaxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, əvvəllər də analoji cinayətlərə görə məhkumolunmuş 25 yaşlı Emin Quliyev saxlanılıb. Ondan 43 kiloqrammarixuana və 1520 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Şöbə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşıkeçirdikləri növbəti əməliyyat zamanı isə 35 yaşlı Yusif Xalıqovsaxlanılıb. Ondan isə 21 kiloqram marixuana aşkarlanaraqgötürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, hər 2 şəxs barəsindəməhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalardavam etdirilir.

Məqalədə:
Избранный
86
33
az.trend.az

10Источники