RU

Abşeronda ne vaza üzrə ACF Kubokuna start verilib VİDEO

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Abşeron Olimpiya İdman Kompleksində böyüklər arasında ne-vaza üzrə ACF Kuboku start götürüb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışda 33 klub və idman cəmiyyətini təmsil edən 157 cüdoçu (137 kişi, 20 qadın) 11 çəki dərəcəsində medallar uğrunda mübarizə aparır.Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançıların görüş zamanı yer (parter) texnikalarını inkişaf etdirməsinə və təkmilləşdirməsinə şərait yaradır. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi daha effektiv şəkildə məğlub etmək üçün vacib taktiki yanaşmaların formalaşmasında mühüm rol oynayır.Ne-vaza üzrə ACF Kubokunu Azərbaycan Cüdo Federasiyasının rəsmi "YouTube" kanalından canlı izləyə bilərsiniz.

Tatami 1:

Tatami 2:

Tatami 3:

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
82
1
icma.az

10Источники