RU

Maaşlarla bağlı yenilik AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Parlament Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını son oxunuşda qəbul edib. Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin yaz sessiyasının plenar iclasında müzakirə olunub. Dəyişikliyə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.Bu barədə iqtisadçı ekspert Razi Abasbəyli Demokrat.az-a açıqlama verib. O deyib ki, bu günə qədər minimum əmək haqqı növbəti il üçün büdcə proqnozlaşdırılması çərçivəsində müəyyən edilirdi:“Artımlar da məhz həmin ilin büdcə göstəricilərinə əsasən hesablanırdı. Bu zaman Maliyyə Nazirliyinin və Mərkəzi Bankın illik inflyasiya proqnozları əsas götürülürdü. Eyni zamanda vətəndaşların istehlak qabiliyyəti müəyyən meyarlar əsasında qiymətləndirilir, buna uyğun olaraq minimum əməkhaqqının baza hissəsində artım və ya dəyişiklik edilirdi. Minimum əmək haqqına ildə bir dəfədən az olmayaraq dəyişiklik edilməsi isə onu göstərir ki, hökumət mövcud şəraitə uyğun olaraq daha çevik qərarlar qəbul edə biləcək. Məsələn, ilin ortasında inflyasiya səviyyəsi dəyişərsə, büdcə gəlirləri artarsa və ya kəskin azalarsa, yaxud xərclərlə bağlı əlavə ehtiyac yaranarsa, minimum əmək haqqının artırılmasına zərurət yarana bilər. Bu halda qanun minimum əmək haqqının artırılmasına və ya dəyişməz saxlanılmasına imkan verəcək. Yəni bu mexanizm hökumətin daha operativ və çevik qərarlar qəbul etməsinə şərait yaradır. Minimum əmək haqqının artırılması isə əsasən inflyasiya səviyyəsindən asılıdır”.Həmçinin oxu:

'Sən arvad almamışdan öncə kiminsə arvadı idin'

'Daha uşağa baxmağa səbrim çatmır, yetimxanaya verəcəyəm'

'Bu il sizi soyacaqlar'O bildirib ki, əsas istehlak indeksləri üzrə vətəndaşların alıcılıq qabiliyyəti, manatın xarici valyutalara nisbətdə məzənnəsi və digər makroiqtisadi göstəricilər nəzərə alınacaq:“Həmin dövrün iqtisadi şəraitinə uyğun olaraq minimum əmək haqqının artırılması və ya dəyişməz saxlanılması müzakirə edilə bilər. Bu proses hökumətin təqdim edəcəyi təkliflər əsasında həyata keçiriləcək və nəticə etibarilə Azərbaycan Prezidenti tərəfindən təsdiqlənə bilər. Belə dəyişikliklərin əsasən ilin birinci yarısında baş verməsi mümkündür. Xüsusilə yay aylarında əhalinin iqtisadi fəallığının nisbətən azalması, tətil mövsümü və ticarət münasibətlərində müəyyən durğunluğun yaranması bu zərurəti aktuallaşdıra bilər. Lakin yenə də qeyd etmək lazımdır ki, qərar mövcud iqtisadi şəraitdən asılı olacaq. Minimum əməkhaqqı ya eyni səviyyədə saxlanılacaq, ya da artırılacaq. Bu isə həmin dövrün inflyasiya göstəricilərinə və digər istehlak indekslərinə uyğun şəkildə müəyyən ediləcək”.Qeyd edilib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və bu gün bütün dünyada sosial siyasət alətlərindən biri olan minimum əməkhaqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir. Bu xüsusda, Dünya Bankı Qrupunun "Business Ready" hesabatında qanunvericiliyin minimum əməkhaqqının dövri yenilənməsinin məcburiliyinin təsbit edilməməsi bal itirən suallar kateqoriyasına şamil edilib.Dəyişikliyin ən böyük üstünlüyü gəlirlərin inflyasiyadan qorunmasıdır. Minimum əməkhaqqı təkcə ən aşağı maaş alanları deyil, həm də vahid tarif cədvəli ilə çalışan minlərlə dövlət işçisinin, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin gəlirlərini birbaşa təsir edir. Beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankının tövsiyələrinə uyğunlaşdırılan bu mexanizm sosial rifahın qorunmasına xidmət edir. Bundan sonra maaşların taleyi yalnız büdcə müzakirələri zamanı deyil, ilboyu gündəmdə qalacaq. Prosesin necə işləyəcəyi və ilk artımın nə zaman tətbiq olunacağı isə yaxın ayların iqtisadi mənzərəsindən asılı olaraq dəqiqləşəcək.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
74
demokrat.az

1Источники