RU

Bir ayda 22,7 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

Yanvar ayında qanunsuz dövriyyədən çıxarılmış 893 kq 456, 646 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 22 milyon 795 min AZN kimi qiymətləndirilir.

APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 207 nəfər cəlb edilmiş, onlardan 199-u kişi, 8-i qadın olmuşdur. Məsuliyyətə cəlb edilmiş 3 xarici ölkə vətəndaşından ümumilikdə 48 kq 900,246 qr müxtəlif növ narkotik vasitələr götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 18 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 252 kq 341,549 qr narkotik vasitə çıxarılıb.

Избранный
68
5
apa.az

6Источники