RU

Azərbaycanda İİV ə yoluxma sayı azalıb RƏSMİ

Adelet.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2026-ci ilin yanvar ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 1(0,01%) nəfəri inyekson narkotik istifadəçisi olub.

Adalet.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun bu ilin yanvar ayı üzrə hesabatında qeyd olunub.

Qeyd edilib ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

Bildirilib ki, hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 283, QİÇS-lə Mübarizə Mərkəzində 299, Sumqayıt Narkoloji Mərkəzində 122 nəfər) 704 xəstə müalicə alır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
8
adalet.az

10Источники