RU

Xaricdə təhsil proqramı: şərtlər açıqlandı DETALLAR

ain.az bildirir, Olke.az portalına istinadən.

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026–2027-ci tədris ili üzrə aprelin 15-dən sənəd qəbuluna start veriləcək.

Ölkə.az xəbər verir ki, bu barədə Dövlət Proqramı İdarəetmə Qrupu məlumat yayıb.

Bildirilib ki, proqrama müraciət üçün əsas şərtlərdən biri bundan əvvəl təqdim olunan siyahıda yer alan universitetlərdən müvafiq sahə və proqramlar üzrə qəbul sənədinin əldə edilməsidir.

Dövlət Proqramı çərçivəsində prioritet ixtisas sahələrinə uyğun bakalavriat, magistratura və doktorantura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı ilə bu link vastisəsilə tanış olmaq olar.

Proqrama müraciət üçün tələb olunan sənəd nümunələri ilə keçiddən tanış olmaq mümkündür.

Dövlət Proqramı ilə bağlı suallarınıza isə aşağıdakı müvafiq linklərdən istifadə edərək cavab tapa bilərsiniz:

Bakalavriat / Magistratura

Doktorantura

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
34
26
olke.az

10Источники