RU

Azərbaycanda qızılcadan uşaq öldü

Bakıda 2 yaşlı uşaq qızılcadan ölüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə fevralın 14-də Sabunçu rayonu Ramana qəsəbəsinin ərazisində yerləşən “Nur” uşaq evində qeydə alınıb.

2024-cü il təvəllüdlü Ömür Zeyniyev qızılca xəstəliyindən ölüb.
Araşdırmalar aparılır.

TƏBİB-dən bildirilib ki, fevralın 14-də saat 13:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şuşa şəhərciyi, “Nur” uşaq evindən çağırış qeydə alınıb.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2024-cü il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.

Избранный
9
18
heftelik.az

10Источники