RU

İşdən çıxarılan nazir müavinlərinin yerinə təyinat

Axar.az saytına istinadən ain.az xəbər verir.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki müavin təyin edilib.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bunlardan biri Cəbrayıl Eldar oğlu Xanlarovdur. O, bir neçə gün əvvəl işdən azad edilən Orucəli Hacıyevi əvəz edib.

Cəbrayıl Xanlarov bu təyinatadək Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi idi.

Həmçinin Yusif Nəbiyev nazir müavini təyin olunub. O, bu vəzifədə işdən çıxarılan Etibar Mirzəyevi əvəzləyib.

Qeyd edək ki, Yusif Nəbiyev FHN-in yanğın təhlükəsizliyi eksperti idi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
34
12
axar.az

10Источники