Hazırda Bakı və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.
Qeyd olunub ki, dumanlı havanın fevralın 18-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.