BAKI, 16 fevral. TELEQRAF
XOCALI, 16 fevral. TELEQRAF
Prezident İlham Əliyev-in tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu çərçivədə Xocalı şəhərinə, Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç yola salınıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Xocalı şəhərinə 30 ailə – 149 nəfər, Hadrut qəsəbəsinə 10 ailə – 47 nəfər, Qırmızı Bazar qəsəbəsinə isə 20 ailə – 91 nəfər köçürülüb.
Doğma torpaqlarına qayıdan sakinlər dövlətin hərtərəfli qayğısından məmnun olduqlarını bildirərək, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva-ya təşəkkürlərini çatdırıblar. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən qəhrəman Azərbaycan Ordusuna minnətdarlıqlarını ifadə edib, şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, köç edən ailələr müvəqqəti olaraq respublikanın müxtəlif yerlərində – əsasən yataqxana, sanatoriya və inzibati binalarda yerləşdirilən ailələrdir.